main-post-cover

    Nothing Phone (2)-də istifadə ediləcək yeni NothingOS istifadəçi interfeysinin özəlliyi nədə olacaq?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    09.06.2023
    Farid Pardashunas
        Nothing şirkətinin top menecerlərindən biri olan Mladen Hoyss XDA-Developers saytına müsahibəsində Nothing OS 2.0 barəsində məlumatlar verib. O bildirib ki, NothingOS 2.0 vasitəsilə Nothing Phone (2) smartfonu istifadəçiyə performans ilə istifadəçi təcrübəsi arasındakı balansı təqdim edəcək. Hoyss şirkət tərəfindən hazırlanan NothingOS 2.0 istifadəçi interfeysi barəsində konkret bir şeylər söyləməsə də qeyd edib ki, smartfon istehsalçılarının çoxu öz məhsullarında ana ekran konsepsiyasını düzgün şəkildə reallaşdırmırlar.
        Onun fikrincə hal hazırda mövcud olan istifadəçi interfeyslərinin ana ekranları sadəcə olaraq sistem tətbiqləri formasında olan şirkət loqolarından ibarətdir. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, NothingOS 2.0 istifadəçi interfeysi nəsə xüsusi ana ekranı özündə birləşdirəcək. O bildirib ki, NothingOS 2.0 hal hazırda bazarda olan heç bir şey ilə müqayisə olunmayacaq. Gözləntilərə əsasən NothingOS 2.0 gələn ay Nothing Phone (2) ilə birlikdə təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər