
NothingOS 2 istifadəçi interfeysinin ana ekranının screenshot fotoları təqdim edilib
Əməliyyat sistemləri
23.06.2023
Emil
11 iyul tarixində Nothing şirkəti Nothing Phone (2) ilə yanaşı həmçinin NothingOS 2.0 istifadəçi interfeysini də təqdim edəcək. İndi isə Nothing şirkətinin CEO-su Carl Pei NothingOS 2.0 istifadəçi interfeysinin screenshot fotolarını təqdim edib. Təqdim edilmiş fotolar yeni istifadəçi interfeysinin ana ekranını əks etdirirlər. Fotolardan da görmək olar ki, NothingOS 2.0 tərz baxımından birinci NothingOS-i xatırladır. Lakin bununla belə NothingOS 2.0 özündə yeni ikonları, vidjetləri və divar kağızlarını birləşdirir.
Paylaş
Bənzər xəbərlər