
OnePlus 8 smartfonları Android 13-ü əldə ediblər
Əməliyyat sistemləri
16.11.2022
Emil
OnePlus şirkəti 2018-ci ildə satışa çıxmış OnePlus 8 flaqman smartfonları üçün Android 13-ü istifadəyə verib. Sözügedən smartfonlarda Android 13 əməliyyat sistemi OxygenOS 13 istifadəçi interfeysi ilə birlikdə təqdim edilib. Beləliklə Android 13 OnePlus 8, OnePlus 8 Pro və OnePlus 8T smartfonları əldə ediblər. OnePlus şirkətinin 2018-ci il smartfonları üçün yeni əməliyyat sistemini təqdim etməsi barəsində rəsmi bir məlumat verilməyib. Xəbəri məhz sözügedən smartfonların istifadəçiləri veriblər. Android 13-ü həmçinin əməliyyat sisteminin beta testində iştirak etməmiş istifadəçilər də əldə ediblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
