
OnePlus öz smartfonlarını daha uzun müddət ərzində dəstəkləyəcək
Əməliyyat sistemləri
30.11.2022
Emil
OnePlus şirkəti çox qısa müddət ərzində öz smartfonlarının çoxunu Android 13 əməliyyat sistemi ilə təmin edə bildi. Şirkət keçirtmiş olduğu yeni tədbir çərçivəsində özünün OxygenOS adlı istifadəçi interfeysindən danışıb və söz verib ki, öz cihazlarının dəstək müddətlərini uzadacaq. Beləliklə OnePlus bildirib ki, 2023-cü ildən başlayaraq onun seçilmiş cihazları 4 Android yenilənməsini və 5 il ərzində 2 aydan bir təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Çox güman ki, söhbət, şirkətin flaqman smartfonlarından gedir. Şirkət hal hazırda bəzi flaqman smartfonları üçün 3 Android yenilənməsini və 4 il ərzində təhlükəsizlik yenilənmələrini təqdim edir. Bununla yanaşı şirkət elan edib ki, gələn il o, yeni OxygenOS 13.1 istifadəçi interfeysini təqdim edəcək. Çox güman ki, yeni istifadəçi interfeysi OnePlus 11 ilə birlikdə təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər