
OneUI 6-nı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
Əməliyyat sistemləri
25.07.2023
Emil
Samsung şirkəti OneUI 6.0 adlı yeni istifadəçi interfeysini istifadəyə verməyə hazırlaşır. İnsayderlər isə Android 14 əsasında çalışacaq bu yeni istifadəçi interfeysini əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısını təqdim ediblər. Beləliklə qeyri-rəsmi siyahıya əsasən OneUI 6.0 istifadəçi interfeysini aşağı cihazlar əldə edəcəklər.
- Galaxy S21 smartfon seriyası (Galaxy S21 FE daxil)
- Galaxy S22 smartfon seriyası
- Galaxy S23 smartfon seriyası
- Galaxy Z Fold 3, Galaxy Z Flip 3
- Galaxy Z Fold 4, Galaxy Z Flip 4
- Galaxy Z Fold 5, Galaxy Z Flip 5
- Galaxy F54, F23, F14 5G
- Galaxy M54, M53, M33, M23
- Galaxy A73, A72, A54, A53, A52, A52s, A34, A33, A24, A23, A14, A13, A04s
- Galaxy Tab S8 planşet seriyası
- Galaxy Tab S9 planşet seriyası.
Paylaş
Bənzər xəbərlər