
OneUI 6-nın ikinci beta versiyası Galaxy S23 smartfonları üçün təxirə salınıb
Əməliyyat sistemləri
29.08.2023
Emil
Samsung bir neçə həftə bundan öncə öz yeni istifadəçi interfeysi olan OneUI 6.0-nın ilk beta versiyasını Galaxy S23 smartfonları üçün istifadəyə vermişdi. İstifadəçi interfeysinin sözügedən smartfonlar üçün nəzərdə tutulmuş ikinci beta versiyası isə bugün təqdim olunmalı idi. Lakin məlum olub ki, şirkət Galaxy S23 smartfonları üçün OneUI 6.0-ın ikinci beta versiyasını təxirə salıb. Bu barədə məlumatı Ice Universe ləqəbli məşhur insayder təqdim edib. İnsayder OneUI 6.0 Beta 2-nin Galaxy S23 smartfonları üçün nə zaman istifadəyə veriləcəyini açıqlamayıb. Lakin güman etmək olar ki, ikinci beta versiya gələn ayın əvvəlində istifadəyə veriləcək.
Paylaş
Bənzər xəbərlər