
OneUI 6.0 istifadəçi interfeysinin 3-cü betası Galaxy S22+ və S22 Ultra üçün istifadəyə verilib
Əməliyyat sistemləri
31.10.2023
Emil
Dünən məlum oldu ki, Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy S23 smartfonları üçün istifadəyə verib. Bununla belə şirkət sözügedən yeni istifadəçi interfeysini Galaxy S22 smartfonlarında test etməyə davam edir. Məlumata əsasən Samsung Galaxy S22+ və Galaxy S22 Ultra smartfonları üçün OneUI 6.0-ın 3-cü beta versiyasını istifadəyə verib. OneUI 6.0-ın 3-cü beta versiyasından Galaxy S22+ və Galaxy S22 Ultra smartfonlarının ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri faydalana bilərlər. Lakin yaxın günlərdə beta versiya sözügedən smartfonların digər ölkələrdəki istifadəçiləri üçün də təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
