Logo
    main-post-cover

    Qatlana bilən Galaxy Fold 2 smartfonu OneUI-nin yeni versiyasını əldə edib

        Samsung öz smartfonlarını yeni OneUI 5.1 istifadəçi interfeysi ilə təmin etməyə davam edir. Bu dəfə yeni istifadəçi interfeysini qatlana bilən Galaxy Fold 2 smartfonu əldə edib. OneUI 5.1 bu qatlana bilən smartfonun ilk öncə Almaniyadakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda Galaxy Fold 2-nin digər ölkələrdəki istifadəçiləri də proqram təminatı yenilənməsini əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy Fold 2 OneUI 5.1 istifadəçi interfeysi ilə yanaşı həmçinin Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsini də əldə edib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Galaxy Fold 2 smartfonu OneUI-nin yeni versiyasını əldə edib | Technote