Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Flip smartfonu OneUI-nin yeni versiyasını əldə etməyə başlayıb

        Samsung şirkəti yeni OneUI 5.1 istifadəçi interfeysini öz smartfonları arasında yaymağa davam edir. Galaxy A23-ün ardınca yeni istifadəçi interfeysi həmçinin qatlana bilən Galaxy Flip smartfonunda da istifadəyə verilib. Proqram təminatı yenilənməsini ilk növbədə Galaxy Flip-in Avstraliyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın günlərdə OneUI 5.1 bu smartfonun digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. OneUI 5.1 ilə yanaşı Galaxy Flip həmçinin Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsini də əldə edib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Samsung Galaxy Flip smartfonu OneUI-nin yeni versiyasını əldə etməyə başlayıb | Technote