
Redmi Note 10 üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib
Əməliyyat sistemləri
16.03.2023
Emil
Dünən xəbər verildi ki, Redmi Note 10S smartfonu qlobal bazarda MIUI 14 istifadəçi interfeysini əldə etməyə başlayıb. İndi isə məlum olub ki, qlobal bazarda MIUI 14-ü adi Redmi Note 10 modeli də əldə etməyə başlayıb. Sözügedən smartfon üçün proqram təminatı yenilənməsi V14.0.2.0.SKGMIXM nömrəsi altında təqdim olunur. Qeyd etmək lazımdır ki, adi Redmi Note 10 üçün istifadəyə verilmiş MIUI 14 Android 12 əməliyyat sistemi əsasında hazırlanıb. MIUI 14 ilə yanaşı adi Redmi Note 10 modeli həmçinin Google şirkətinin bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də əldə edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
