Samsung bəzi flaqman smartfonlarında Android 14-ü artıq test edir

Samsung bəzi flaqman smartfonlarında Android 14-ü artıq test edir

Əməliyyat sistemləri
10.05.2023 PAYLAŞIM

    İnsayderlərin verdikləri məlumata əsasən Samsung şirkəti bir neçə flaqman smartfonunda Android 14-ün şirkət daxili testlərinə start verib. Keçən il buna bənzər xəbərlər iyun ayının sonunda ortaya çıxmışdı. Samsung-un artıq indidən öz cihazlarında Android 14-ü test etməsi şirkətin onu istifadəçilərə daha tez təqdim etmək istəməsinə işarə edir. Google Android 14-ün stabil versiyasını hələ istifadəyə verməyib.

    Lakin insayderlər bildiriblər ki, Samsung hələ təqdim edilməmiş OneUI 6.0 istifadəçi interfeysinə sahib sözügedən əməliyyat sistemini artıq Galaxy S23, Galaxy Z Fold 4Galaxy Z Flip 4 smartfonlarında test edir. Android 14 əsasında çalışacaq OneUI 6.0 istifadəçi interfeysində hansı dəyişikliklərin olacaqları barəsində ətraflı məlumat verilməsə də insayderlər qeyd ediblər ki, yeni istifadəçi interfeysində arxa fon tətbiqlərinin deaktiv edilməsi problemi aradan qaldırılıb. Beləliklə OneUI 6.0-dan başlayaraq Android 14-ün aktiv servisləri lazımi səviyyədə çalışa biləcəklər. Bəzi məlumatlara əsasən Samsung OneUI 6.0-ın beta testinə iyul və ya avqust ayında start verəcək.




DAHA ÇOX


Android 14 smartfon batareyası barəsində daha ətraflı məlumatı əldə etməyə imkan..

İnsayderlər Android 14-ün beta versiyalarını analiz edərək yeni funksiyaları aşkar etməyə davam edir..


Android istifadəçiləri nəyə görə aktiv şəkildə iOS-ə keçid edirlər?

Consumer Intelligence Research Partners (CIRP) analitik şirkətinin bir neçə həftə bundan öncə təqdim..


Apple iOS 16-nın istifadəçilər arasındakı statistikasını təqdim edib

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək və 9 iyuna kimi davam edəcək...


Windows 11-də vidjetlər vasitəsilə kompüter sistemini monitorinq etmək mümkün ol..

Microsoft Dev Home tətbiqinin ilkin versiyasında kompüterin mərkəzi prosessorunun, RAM-nın və videok..


MIUI 14-ün stabil versiyası Xiaomi-nin daha 7 smartfonu üçün istifadəyə veriləcə..

Xiaomi yaxın zamanda MIUI 14-ün stabil versiyasını daha 7 smartfon üçün istifadəyə verəcək. ..


Android 14 istənilən smartfonu veb kameraya çevirmək imkanına sahib olacaq

İnsayderlər Android 14-ün beta versiyasında yeni funksiyalar aşkar etməyə davam edirlər.

×