
Samsung Galaxy A01-i Android 12-yə kimi yeniləyib
Əməliyyat sistemləri
05.12.2022
Emil
Son həftələrdə Samsung öz flaqman, orta büdcəli və büdcəli smartfonları üçün Android 13 əməliyyat sisteminin stabil versiyasını istifadəyə verir. Bu dəfə əməliyyat sistemi yenilənməsini şirkətin Galaxy A01 adlı büdcəli smartfonu əldə edib. Lakin bu məsələdə bir nüans var. Belə ki, sözügedən smartfon Android 13 əvəzinə Android 12-nin stabil versiyasını əldə edib. Beləliklə 2019-cu ilin sonunda satışa çıxmış Galaxy A01 smartfonu şirkətin digər modelləri ilə müqayisədə Android 12-nin stabil versiyasını 1 il gecikmə ilə əldə edib. Buna baxmayaraq bu smartfon Android 12 ilə yanaşı həmçinin OneUI 4.1 istifadəçi interfeysini və bu ilin sentyabr ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
