Logo
    main-post-cover

    Samsung Galaxy A02 üçün iyun ayı üzrə proqram təminatı yenilənməsi təqdim edilib

        Samsung şirkəti Galaxy A02 smartfonu üçün iyun ayı üzrə proqram təminatı yenilənməsini istifadəyə verib. Proqram təminatı yenilənməsi sözügedən smartfon üçün A022MUBS3BWF1 nömrəsi altında təqdim edilib. O, Galaxy A02-nin hələ ki, Dominikan Respublikası, Qvatemala, Meksika, Paraqvay, Puerto-Riko və Uruqvaydakı istifadəçiləri üçün aktivdir. Lakin proqram təminatı yenilənməsi yaxın zamanda Galaxy A02-nin digər ölkələrdəki istifadəçiləri üçün də istifadəyə veriləcək. Samsung tərtibatçıları proqram təminatı yenilənməsi vasitəsilə Galaxy A02-nin çalışma prosesini optimizasiya ediblər və onun üçün Google şirkətinin iyun ayı üzrə təhlükəsizlik yenilənməsini təqdim ediblər.
    Paylaş
    Bənzər xəbərlər