Logo
    main-post-cover

    Samsung Galaxy A22 5G üçün Android 13-ün stabil versiyasını istifadəyə verib

        Samsung öz flaqman və orta büdcəli smartfonlarının çoxunda artıq Android 13-ü istifadəyə verib. İndi isə növbə şirkətin büdcəli smartfonlarındadır. Belə ki, Samsung Android 13-ün stabil versiyasını Galaxy A22 5G smartfonu üçün təqdim edib. İlk öncə Android 13 sözügedən smartfonun Hindistandakı istifadəçiləri üçün istifadəyə verilib. Digər regionlardakı Galaxy A22 5G istifadəçiləri üçün əməliyyat sistemi yenilənməsi daha sonra təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Android 13 ilə yanaşı Galaxy S22 5G modeli həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin noyabr ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
    Paylaş
    Bənzər xəbərlər