
Samsung Galaxy A23 üçün OneUI-nin yeni versiyasını istifadəyə verib
Əməliyyat sistemləri
27.02.2023
Emil
Samsung şirkəti öz smartfonları üçün yeni OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə proqram təminatı yenilənməsini Galaxy A23 smartfonu əldə edib. OneUI 5.1-i ilk öncə Galaxy A23-ün Ukraynadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda OneUI yenilənməsi sözügedən smartfonun digər regionlardakı istifadəçiləri üçün də aktiv olacaq. Qeyd etmək lazımdır ki, OneUI 5.1 ilə yanaşı Galaxy A23 həmçinin Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsini də əldə edib.
Paylaş
Bənzər xəbərlər