
Samsung Galaxy A24 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
30.11.2023
Emil
Samsung şirkəti Galaxy A seriyasının smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə şirkət Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy A24 üçün istifadəyə verib. Məlumatda qeyd edilib ki, istifadəçi interfeysinin stabil versiyası sözügedən smartfon üçün A245FXXU3BWK3 nömrəsi altında təqdim edilib. OneUI 6.0-ın stabil versiyası ilk növbədə Galaxy A24-ün Şimali Afrika və Yaxın Şərqdəki istifadəçiləri üçün aktivləşdirilib. Lakin yaxın zaman ərzində sistem yenilənməsi bütün Galaxy A24 istifadəçilərinə təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
