
Samsung şirkəti Galaxy A seriyasının daha bir smartfonu üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. Söhbət, Galaxy A51 5G modelindən gedir. Məlumata əsasən Galaxy A51 5G-nin ABŞ-dakı bəzi istifadəçiləri artıq Android 13-dən istifadə edə bilərlər. Digər ölkələrdə əməliyyat sistemi yenilənməsi yaxın zamanda təqdim olunacaq. Android 13 ilə yanaşı Galaxy A51 5G həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və aktual olan təhlükəsizlik yenilənməsini əldə edib.
Şərh yoxdur