Logo
    main-post-cover

    Samsung Galaxy A53 5G üçün iyun ayı üzrə proqram təminatı yenilənməsi təqdim edilib

        Samsung şirkəti daha bir smartfonu üçün iyun ayı üzrə proqram təminatı yenilənməsini təqdim edib. Söhbət, Galaxy A53 5G-dən gedir. Proqram təminatı yenilənməsi sözügedən smartfon üçün A536BXXU6CWE9 / A536EXXU6CWE9 nömrələri altında təqdim edilib. O, Galaxy A53 5G-nin Avropa, Asiya və Afrikadakı istifadəçiləri üçün aktivdir və yaxın zamanda digər regionlardakı istifadəçilər üçün təqdim ediləcək. Samsung tərtibatçıları proqram təminatı yenilənməsi vasitəsilə smartfonda 50-yə yaxın sistem boşluğunu aradan qaldırıblar. Bununla yanaşı Galaxy A53 5G üçün Google şirkətinin iyun ayı üzrə təhlükəsizlik yenilənməsi də təqdim edilib.
    Paylaş
    Bənzər xəbərlər