
Samsung Galaxy M62-ni Android 13-ə kimi yeniləyib
Əməliyyat sistemləri
29.11.2022
Emil
Samsung Galaxy M seriyasının daha bir smartfonu üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. Söhbət, Galaxy M62 smartfon modelindən gedir. Əməliyyat sistemi yenilənməsini ilk növbədə Galaxy M62-nin Malayziya, BƏƏ, Səudiyyə Ərəbistanı və Vyetnamdan olan istifadəçilər əldə etməyə başlayıblar. Yaxın günlərdə Android 13 sözügedən smartfonun Aropadakı istifadəçiləri üçün də istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Galaxy M62 modeli Android 13 ilə yanaşı həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
