
Samsung Galaxy S22 smartfonları üçün OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
17.11.2023
Emil
Samsung şirkəti öz smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. İndi növbə Galaxy S22 smartfonlarına çatıb. Belə ki, şirkət sözügedən smartfonlar üçün Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını istifadəyə verib. Qeyd etmək lazımdır ki, daha öncə istifadəçi interfeysinin stabil versiyasını Galaxy S23 smartfonları əldə etmişdilər. Galaxy S22 smartfonları üçün OneUI 6.0-nın stabil versiyası tədricən Avropadakı istifadəçilər arasında yayılmağa başlayıb. Yaxın zamanda o, Galaxy S22 smartfonlarının bütün istifadəçiləri üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, yenilənmənin həcmi 3 GB təşkil edir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
