Logo
    main-post-cover

    Samsung Galaxy S22 smartfonlarında OneUI 6-nın betasını istifadəyə verməyə hazırlaşır

        Keçən həftə Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6.0 istifadəçi interfeysinin beta versiyasını Galaxy S23 smartfonları üçün istifadəyə verdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət OneUI 6.0 istifadəçi interfeysinin beta versiyasını Galaxy S22 smartfonlarında istifadəyə verməyə hazırlaşır. İnsayderlər bu barədə məlumatı Samsung-un Hindistan və Böyük Britaniya üzrə forumlarında aşkar ediblər. Bu isə o deməkdir ki, Galaxy S22 smartfonlarının istifadəçiləri OneUI 6.0-ın beta versiyasını artıq yaxın günlər ərzində əldə etməlidirlər.
    Paylaş
    Bənzər xəbərlər