Logo
    main-post-cover

    Samsung Galaxy S23 smartfonları üçün OneUI 6-nın 5-ci beta versiyası istifadəyə verilib

    Əməliyyat sistemləri
    28.09.2023
    Emil
        Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini aktual flaqman smartfonlarında test etməyə davam edir. Məlum olub ki, şirkət OneUI 6.0-ın 5-ci beta versiyasını Galaxy S23 smartfonları üçün istifadəyə verib. Yeni istifadəçi interfeysinin 5-ci beta versiyasını öz cihazlarına hələ ki, Böyük Britaniyadakı istifadəçilər quraşdıra bilərlər. Lakin yaxın günlərdə beta versiya Galaxy S23 smartfonlarının digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. Onu da qeyd etmək lazımdır ki, 5-ci beta versiyası OneUI 6.0-ın son beta versiyası ola bilər. Böyük ehtimal ilə artıq gələn ayın əvvəlində şirkət yeni istifadəçi interfeysinin stabil versiyasını təqdim edəcək.
    Paylaş
    Bənzər xəbərlər