
Samsung Galaxy Tab A8 üçün OneUI 5,1 istifadəyə verilib
Əməliyyat sistemləri
31.03.2023
Emil
Samsung Galaxy Tab S7 FE planşetindən əlavə olaraq həmçinin Galaxy Tab A8 planşeti üçün də OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə başlayıb. Sözügedən planşet üçün proqram təminatı yenilənməsi X200XXU2CWC1 nömrəsi altında təqdim edilib. OneUI 5.1-i bu planşetin ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin bir müddətdən sonra Galaxy Tab A8-in digər ölkələrdəki istifadəçiləri də yenilənmiş OneUI-ni əldə edəcəklər. Qeyd etmək lazımdır ki, planşet OneUI 5.1 ilə yanaşı həmçinin Google şirkətinin yanvar ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də əldə edib.
Paylaş
Bənzər xəbərlər