Logo
    main-post-cover

    Samsung Galaxy Tab S7 FE üçün OneUI 5,1 istifadəyə verilib

        Samsung öz smartfonlarını unutmayaraq planşetlərini də OneUI 5.1 istifadəçi interfeysi ilə təmin etməyə davam edir. Bu dəfə şirkət öz yenilənmiş istifadəçi interfeysini Galaxy Tab S7 FE planşeti üçün istifadəyə verib. Məlumatda qeyd edilib ki, sözügedən planşet üçün proqram təminatı yenilənməsi T736BXXU2CWC5 nömrəsi ilə təqdim edilib. Avropadakı istifadəçilər OneUI 5.1-i Galaxy Tab S7 FE-nin 5G versiyası üçün artıq əldə etməyə başlayıblar. Yaxın günlərdə istifadəçi interfeysi həmçinin planşetin yalnız Wi-Fi-ya sahib versiyasında da istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, OneUI 5.1 ilə yanaşı Galaxy Tab S7 FE planşeti həmçinin Google şirkətinin fevral ayındakı təhlükəsizlik yenilənməsini də əldə edib.
    Paylaş
    Bənzər xəbərlər