
Samsung Galaxy Z Fold 3 üçün Android 14-ün testinə start verib
Əməliyyat sistemləri
20.10.2023
Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 3 smartfonunda Android 14-ün testinə start verib. Belə ki, şirkət sözügedən smartfon üçün Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin beta versiyasını istifadəyə verib. İstifadəçi interfeysinin beta versiyası ilk növbədə Galaxy Z Fold 3-ün Cənubi Koreyadakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda beta versiya digər ölkələrdəki istifadəçilər üçün də aktiv olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...