
Samsung Galaxy Z Fold 3 və Z Flip 3 üçün OneUI 6.0-ın 3-cü beta versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
28.11.2023
Samsung şirkəti öz qatlana bilən smartfonlarında Android 14-ü test etməyə davam edir. Bu dəfə şirkət Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin 3-cü beta versiyasını qatlana bilən Galaxy Z Fold 3 və Z Flip 3 smartfonlarında istifadəyə verib. İstifadəçi interfeysinin 3-cü beta testi ilk növbədə sözügedən smartfonların Cənubi Koreyadakı istifadəçiləri üçün aktivləşdirilib. Lakin yaxın zamanda bu smartfonların digər ölkələrdəki istifadəçiləri də OneUI 6.0 Beta 3-dən yararlana biləcəklər.
samsung galaxy z fold 3
samsung galaxy z flip 3
galaxy z fold 3
galaxy z flip 3
samsung
android 14
samsung oneui 6.0
oneui 6.0
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...