
Samsung OneUI 6 istifadəçi interfeysinin beta versiyasının istifadəyə veriləcəyi tarix məlum olub
Əməliyyat sistemləri
27.07.2023
Emil
Biz artıq dəfələrlə məlum vermişik ki, Samsung şirkəti özünün OneUI 6.0 adlı yeni istifadəçi interfeysinin beta versiyasını istifadəyə verməyə hazırlaşır. İndi isə Samsung-un Almaniyadakı şöbəsi sözügedən istifadəçi interfeysinin beta versiyasının nə zaman istifadəyə veriləcəyini və onu hansı smartfonlar tərəfindən əldə ediləcəyini açıqlayıb.
Beləliklə verilmiş məlumata əsasən OneUI 6.0 istifadəçi interfeysinin beta versiyası 2 avqust tarixində istifadəyə veriləcək. İlk öncə beta versiyadan Galaxy S23, S23+ və S23 Ultra smartfonlarının istifadəçiləri yararlana biləcəklər. 9 avqust tarixində isə istifadəçi interfeysinin Galaxy A34 5G və Galaxy A54 5G smartfonları üçün nəzərdə tutulmuş beta versiyası istifadəyə veriləcək. OneUI 6.0-ın özəllikləri barəsində dəqiq bir məlumat olmasa da, aydındır ki, o, Android 14 əsasında çalışacaq.
Paylaş
Bənzər xəbərlər