
Samsung OneUI 6.0-ın stabil versiyasını Galaxy S23 smartfonları üçün istifadəyə verməyə hazırlaşır
Əməliyyat sistemləri
19.10.2023
Bir neçə müddət bundan öncə Samsung şirkəti Galaxy S23 smartfonları üçün özünün OneUI 6.0 istifadəçi interfeysinin 7-ci beta versiyasını istifadəyə verdi. Lakin görünür, şirkət öz istifadəçi interfeysinin stabil versiyasını sözügedən smartfonlar üçün istifadəyə verməyə hazırlaşır. İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung tərtibatçıları OneUI 6.0-ın stabil versiyasını şirkətin Avropa, Cənubi Koreya və Hindistandakı serverlərində test edirlər.
Məlumatda qeyd edilib ki, istifadəçi interfeysinin stabil versiyası S918BXXU3BWJG, S918BOXM3BWJG və S918BXXU3BWJG nömrələrinə sahibdir. OneUI 6.0-ın stabil versiyası Galaxy S23 smartfonları üçün çox güman ki, ya bu ayın sonunda ya da gələn ayın əvvəlində istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, OneUI 6.0-ın stabil versiyası sayəsində Galaxy S23 smartfonları Android 14-ün bütün funksiyalarını əldə edəcəklər.
samsung
samsung oneui
samsung oneui 6
samsung oneui 6.0
samsung one ui 6
samsung one ui 6.0
oneui 6
oneui 6.0
one ui 6
one ui 6.0
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...