
Samsung sonunda Galaxy smartfonlarına Back Tap funksiyasını əlavə edib
Əməliyyat sistemləri
08.11.2022
Emil
Bir neçə müddət bundan öncə Android 13-ün stabil versiyası Galaxy S22 smartfonları üçün istifadəyə verildi. Dünən isə məlum oldu ki, əməliyyat sisteminin stabil versiyası həmçinin keçən ilki Galaxy S21 smartfonları üçün də istifadəyə verilib. Lakin bu xəbərin fonunda vacib bir nüans kölgədə qalıb. Belə ki, Samsung-un Galaxy smartfonlarında çoxdan gözlənilən Back Tap funksiyası istifadəyə verilib. Söhbət, smartfonun arxa panelinə klikləməklə müxtəlif əməliyyatların yerinə yetirilməsi imkanını verən funksiyadan gedir.
İstifadəçi öz istəyinə uyğun olaraq sözügedən funksiyaya müxtəlif əməliyyatları təyin edə bilər. Məsələn istifadəçi smartfonun arxa qapağına klikləməklə müəyyən tətbiqi işə sala, ekranın screenshot fotosunu çəkə, fənəri və ya Google Assistant-ı aktivləşdirə və s. əməliyyatları yerinə yetirə bilər. Qeyd etmək lazımdır ki, Back Tap funksiyası smartfonun Sleep rejimində, ekranın bloklanmış vəziyyətində, enerji səviyyəsinin 15% və ya ondan daha aşağı olduğu anlarda çalışmayacaq. Apple və Google öz smartfonlarında artıq uzun müddətdir ki, bu funksiyanı istifadəyə veriblər. Samsung isə bu məsələdə geridə qalırdı. İndi isə bu vəziyyət düzəlib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
