
Samsung ümumilikdə 35 smartfonunu Android 13 ilə təmin edib
Əməliyyat sistemləri
01.12.2022
Emil
Samsung şirkəti bir neçə həftə bundan öncə öz smartfonlarını Android 13-ə kimi yeniləməyə başladı. Sözügedən əməliyyat sistemini əldə etmiş Samsung smartfonları arasında flaqman, orta büdcəli və büdcəli modellər var. Android 13-ü əldə etmiş Samsung smartfonları həmçinin şirkətin yeni OneUI 5.0 istifadəçi interfeysini də əldə ediblər. Beləliklə ümumilikdə Samsung-un 35 smartfonu OneUI 5.0 interfeysli Android 13-ü əldə edib.
İlk növbədə əməliyyat sistemi yenilənməsini Galaxy S22, S22+ və S22 Ultra smartfonları əldə etdilər. Daha sonra Android 13 Galaxy Z Fold 4 və Z Flip 4 üçün istifadəyə verildi. Müəyyən müddətdən sonra isə Galaxy A, Galaxy M, Galaxy F, Galaxy Note seriyalarına daxil olan smartfonlar da yeni əməliyyat sistemini əldə etdilər. Beləliklə Android 13-ü əldə etmiş Samsung smartfonlarının tam siyahısı ilə aşağıdan tanış ola bilərsiniz:
- Galaxy S22, S22+, S22 Ultra
- Galaxy S21, S21+, S21 Ultra
- Galaxy S21 FE
- Galaxy S10 Lite
- Galaxy Flip, Flip 5G, Flip 3, Flip 4
- Galaxy Fold 2, Fold 3, Fold 4
- Galaxy Note 20, Note 20 Ultra
- Galaxy Note 10 Lite
- Galaxy Xcover 6 Pro
- Galaxy A73 5G
- Galaxy A71
- Galaxy A53 5G
- Galaxy A52
- Galaxy A52s 5G
- Galaxy A33 5G
- Galaxy M53 5G
- Galaxy M52 5G
- Galaxy M32 5G
- Galaxy F62
- Galaxy F42 5G
- Galaxy F52 5G.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
