
Samsung-un hansı cihazları OneUI istifadəçi interfeysinin yeni versiyasını əldə edəcəklər?
Əməliyyat sistemləri
04.07.2023
Emil
Bir neçə gün bundan öncə Samsung şirkəti OneUI 5.1.1 istifadəçi interfeysinin testinə start verdi. İndi isə sözügedən istifadəçi interfeysini əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib. Təqdim edilmiş siyahı qeyri-rəsmidir. Çox güman ki, OneUI 5.1.1 istifadəçi interfeysi Samsung-un əsasən qatlana bilən smartfonları və planşetləri üçün nəzərdə tutulacaq. Lakin o, şirkətin digər smartfonları üçün məhdudlaşdırılmış funksionallığa sahib versiya şəklində təqdim edilə bilər. Beləliklə qeyri-rəsmi siyahı belədir.
- Galaxy Fold 4
- Galaxy Flip 4
- Galaxy Z Fold 3
- Galaxy Z Flip 3
- Galaxy Z Fold 2
- Galaxy Tab S8
- Galaxy Tab S8+
- Galaxy Tab S8 Ultra
- Galaxy Tab S7
- Galaxy Tab S7+
- Galaxy Tab S7 FE
- Galaxy S23 seriyası
- Galaxy S22 seriyası
- Galaxy S21 seriyası (Galaxy S21 FE daxil)
- Galaxy S20 seriyası (Galaxy S20 FE daxil)
- Galaxy Note 20 seriyası
- Galaxy A54
- Galaxy A53
- Galaxy A52
- Galaxy A52 5G
- Galaxy A52s
- Galaxy A73
- Galaxy A72
- Galaxy A34
- Galaxy A33
- Galaxy M54 5G
- Galaxy M53 5G.
Paylaş
Bənzər xəbərlər