
Samsung-un hansı smartfonu ilk olaraq qutudan OneUI 6 interfeysli Android 14-ü əldə edəcək?
Əməliyyat sistemləri
20.06.2023
Emil
Samsung smartfonlarındakı proqram təminatı dəstəyinin yaxşı olmasına baxmayaraq şirkət yeni smartfonlarını yeni əməliyyat sistemi ilə nadir hallarda təqdim edir. Məsələn Galaxy S21 FE smartfonu şirkətin Android 12-ni əldə etmiş ilk modeli olmuşdu. İndi bu vəziyyət yenidən təkrarlana bilər. Gələn ayın sonunda şirkət öz yeni məhsullarını təqdim etməlidir. Təqdim ediləcək məhsullar arasında qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları olacaq. Lakin sözügedən smartfonlar OneUI 6.0-ın stabil versiyasını həmin vaxtda əldə etməyəcəklər.
Belə ki, gələn ayın sonunda Samsung öz istifadəçi interfeysinin yalnız ilk beta testini təqdim edəcək. İnsayderlərin verdikləri məlumata əsasən OneUI 6.0-ın stabil versiyasına sahib Android 14-ü ilk əldə edəcək smartfon məhz Galaxy S23 FE olacaq. Yəni bu smartfon artıq qutudan OneUI 6.0 interfeysli Android 14 vasitəsilə çalışacaq. Bunun nə dərəcədə doğru olub-olmadığı bilinmir. Belə ki, Galaxy S23 FE-nin nə zaman təqdim olunacağı və ya ümumiyyətlə təqdim olunub-olunmayacağı tam olaraq aydın deyil.
Paylaş
Bənzər xəbərlər