Uzun müddət ərzində aktiv olmayan tətbiqlər və tərtibatçıların hesabları Google Play-dən silinəcək

Uzun müddət ərzində aktiv olmayan tətbiqlər və tərtibatçıların hesabları Google Play-dən silinəcək

Əməliyyat sistemləri
29.07.2021 PAYLAŞIM

    Google şirkəti Google Play platformasının çalışma siyasətində dəyişikliklərin olduğunu elan edib. Söhbət, təkcə köhnəlmiş və dəstəklənməyən tətbiqlərin silinməsindən getmir. Belə ki, şirkət bəzi tərtibatçıların hesablarını da siləcək. Bu yeni qərarın əsas məqsədi isə Google Play platformasının təhlükəsizlik səviyyəsini yüksəltməkdir. Beləliklə Google şirkəti sistem boşluqlarına və heç zaman aradan qaldırılmamış ciddi səhvlərə sahib proqram təminatlarını siləcək.

    Bundan əlavə olaraq şirkət 1 il və daha çox müddət ərzində tərtibatçıların aktiv olmamış istifadəçi hesablarını da siləcək. Google bildirib ki, hackerlər bu cür istifadəçi hesablarından istifadə edərək Google Play platformasına zərərli proqram təminatlarını yükləyə bilərlər. Həmin istifadəçi hesabları iki faktorlu autentifikasiya sistemi vasitəsilə qorunmurlarsa hackerlər bunu rahatlıqla reallaşdıra bilərlər.


    Tətbiqləri və istifadəçi hesabları silinmə siyahısına daxil edilmiş tərtibatçılar özləri üçün yeni hesablar yarada bilərlər. Lakin onlar artıq silinmiş hesabları bərpa edə bilməyəcəklər. 1000-dən çox yüklənməyə sahib və son 90 gün ərzində daxilində alış-verişlərin edildiyi tətbiqlərin aid olduqları hesablar istisna olacaqlar. Google bu yeni qaydaların nə zaman qüvvəyə minəcəkləri barəsində bir məlumat verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal versiyasının nə zaman istifadəyə veril..

Huawei şirkəti özünün HarmonyOS 2.0 əməliyyat sisteminin qlobal bazarda istifadəyə verilməsinə hazır..


Bütün dünyada istifadə olunan ən məşhur Android versiyasının adı məlum olub..

Android Studio-nun məlumatlar bazasında Android əməliyyat sisteminin müxtəlif versiyalarının məşhurl..


Əfsanəvi Winamp playeri yeni dizaynda geri qayıdır

2000-ci illərin əvvəllərində kompüterlərdə çox məşhur olmuş Winamp playeri geridönüşə hazırlaşır...


Google Chrome-un Android versiyası daha sürətlə çalışır və daha az RAM yaddaşınd..

Google bildirib ki, bəzi optimizasiya prosesləri sayəsində Chrome brauzerinin Android versiyası RAM ..


Apple istifadəçiləri ölümdən öncə yeni funksiya vasitəsilə məlumatlarını yaxınla..

Apple şirkəti bir neçə müddət bundan öncə iOS 15.2 əməliyyat sisteminin hamı üçün nəzərdə tutulmuş b..


Microsoft təhsil sahəsi üçün nəzərdə tutulmuş Windows 11 SE-ni təqdim edib..

Microsoft şirkəti Windows 11-in tələbələr və məktəblilər üçün nəzərdə tutulmuş xüsusi versiyasını tə..

×