Logo
    main-post-cover

    VisionOS əməliyyat sisteminin çalışma prosesi sərgilənib (VİDEO)

        Apple şirkəti Vision Pro qarışıq reallıq cihazının visionOS adlı əməliyyat sisteminin ilk test versiyasını artıq tərtibatçılara təqdim edib. Tərtibatçılar test versiyası ilə birlikdə təqdim edilmiş SDK vasitəsilə Vision Pro üçün nəzərdə tutulmuş tətbiqləri yarada və optimizasiya edə bilərlər. Əlavə olaraq şirkət tərtibatçılara əməliyyat sisteminin eskizlərini, interfeys elementlərini, rəng ayarlarını vədizayn tərzlərini təqdim edib. Bu, nəticə etibarilə hazırlanacaq tətbiqlərin yeni əməliyyat sisteminin koduna uyğun olmaları üçün edilib.
        Məlum olub ki, visionOS 1.0-ın ana ekran tətbiqinin adı SurfBoard adlanır. Təqdim edilmiş fotoda Vision Pro-nun qutudan sahib olacağı tətbiqlərin siyahısını görmək olar. Maraqlısı ondadır ki, Vision Pro-da kalkulyator tətbiqi olmayacaq. Hal hazırda visionOS-də bir neçə ətraf mühit variantı mövcuddur. Əməliyyat sistemində hansı növ ətraf mühitlərin olduğunu fotodan görmək olar.
        İstifadəçi öz istəyinə uyğun olaraq ətraf mühitlərdən birini seçərək seçilmiş mühit çərçivəsində Vision Pro-nu istifadə edə bilər. Təqdim edilmiş videoda isə visionOS-in çalışma prosesi emulyatorda sərgilənib. Videoda visionOS-in ana ekranının, idarəetmə mərkəzinin, ayarlar bölməsinin, virtual klaviatura vasitəsilə mətnin daxil edilməsinin və bəzi standart tətbiqlərin necə çalışdıqlarını görmək olar. Qeyd etmək lazımdır ki, Apple şirkəti Vision Pro-nun satışlarına gələn ilin əvvəlində start verəcək.
    Paylaş
    Bənzər xəbərlər