
WatchOS 10-un ilk ictimai beta versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
13.07.2023
Apple şirkəti iOS 17-nin ilk ictimai beta versiyası ilə yanaşı həmçinin Apple Watch smart saatları üçün nəzərdə tutulmuş watchOS 10 əməliyyat sisteminin də ilk ictimai beta versiyasını istifadəyə verib. Yeni əməliyyat sisteminin beta versiyasını Apple Watch Series 4 və ondan sonra satışa çıxmış smart saat modelləri dəstəkləyirlər. Beta versiyadan Apple şirkətinin beta test proqramında qeydiyyatdan keçmiş Apple Watch istifadəçiləri yararlana bilərlər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...