Reklam
Windows 10 May 2020 Update yenilənməsi təqdim olundu: Hansı yeniliklər var?

Windows 10 May 2020 Update yenilənməsi təqdim olundu: Hansı yeniliklər var?

Əməliyyat sistemləri
28.05.2020 PAYLAŞIM

    Microsoft şirkəti Windows 10 üçün bu ilin ən böyük yenilənməsini təqdim etdi. Windows 10 üçün nəzərdə tutulmuş 2004 nömrəli may ayı yenilənməsi artıq hamı üçün aktivdir və özündə onlarla yenilikləri birləşdirir. Yeniliklər arasında sürətləndirilmiş axtarış alqoritmi, Tas Manager-də videokart temperatorunun monitorinqi və yenilənmiş ştat tətbiqləri var. Daha əvvəl Windows 10 May 2020 Update yalnız əməliyyat sisteminin beta test iştirakçıları üçün aktiv idi. İndi isə sözügedən yenilənməni bütün istifadəçilər yükləyə blərlər.

    Bunun üçün istifadəçilər Windows-un yenilənmə mərkəzinə daxil olub ordan sözügedən yenilənmə paketinin mövcudluğunu yoxlamalıdırlar. Əvvəlki yenilənmədən fərqli olaraq 2004 nömrəli yenilənmə paketinə tam Linux nüvəsi əlavə edilib. Əlavə edilmiş Linux nüvəsi Linux tətbiqlərin işə salınması zamanı qrafik prosessoru da işə salır. Microsoft təmsilçilərinin verdikləri məlumata əsasən bundan sonra konsol əmrləri daha sürətli şəkildə yerinə yetiriləcəklər. Bununla yanaşı tərtibatçılar Cortana səsli köməkçisinin interfeysində də dəyişikliklər ediblər.


    Bu səsli köməkçi əməliyyat sistemi daxilində ayrıca pəncərə əldə edib və istifadəçi həmin pəncərəni əsas ekranda hərəkət etdirə bilər. Həmçinin səsli köməkçi ilə dialoq pəncərəsinin dizaynı da yenilənib. Digər yeniliklər arasında “File Explorer”, “Notepad”, “Calculator” və “Task Manager” kimi ştat tətbiqlərinin funksional yenilənmələrini qeyd etmək olar. Bununla yanaşı yenilənmiş Windows 10-da DirectX 12 Ultimate dəstəyi reallaşdırılıb, DirectX Raytracing 1.1 texnologiyası təkmilləşdirilib və DirectX Mesh Shader ilə WDDM 2.7 (Windows Display Driver Model) texnologiyasının dəstəyi reallaşdırılıb.

    Sonuncu texnologiya dəstəyinin reallaşdırılması öz növbəsində istifadəçiyə bir neçə monitordan effektiv istifadə imkanını verir. Windows 10 May 2020 Update yenilənməsini yükləmiş istifadəçilər Cloud Recovery funksiyası vasitəsilə bulud platformadan sistem fayllarını bərpa etmək imkanını əldə edəcəklər. Yenilənmiş Windows 10-un əldə etdiyi yeni funksiyaların tam siyahısı ilə Microsoft-un rəsmi saytından tanış ola bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple iOS daxilində istifadəçilərə daha çox reklam kontenti sərgiləyəcək..

Reklam kontentlərinin digər standart Apple tətbiqlərinə inteqrasiya ediləcəklərindən əlavə olaraq şi..


Microsoft Defender antivirus tətbiqi yeni faydalı funksiyanı əldə edib

Microsoft şirkəti Windows 11 üçün növbəti yenilənmənin təqdim edildiyini elan edib.


Niderlandın təhsil müəssisələrində Chrome brauzeri ilə ChromeOS ƏS-nə məhdudiyyə..

Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyi Chrome brauzerinin və ChromeOS əməliyyat sisteminin ..


Samsung smartfonlarında bütün özəl məlumatları gizlətməyə imkan verəcək funksiya..

Telefonun təmirə verilməsi hər zaman konfidensial məlumatların ortaya çıxması riski ilə müşaiyət edi..


iOS 16-da Always on Display funksiyası bir qədər fərqli şəkildə çalışacaq..

9to5mac saytının jurnalistləri iPhone-larda çoxdan gözlənilən Always on Display funksiyasının sonund..


Huawei HarmonyOS 3 əməliyyat sistemini təqdim edib

Huawei rəsmi şəkildə HarmonyOS 3.0 əməliyyat sistemini təqdim edib.

×