main-post-cover

    Windows 10-nun bazar payı ilk dəfə 70%-dən aşağı düşüb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.12.2022
    Farid Pardashunas
        Statcounter servisinin bu ilin noyabr ayı üzrə təqdim etmiş olduğu statistikasına əsasən Windows 10 əməliyyat sisteminin bazardakı payı ilk dəfə olaraq 70%-dən aşağı düşüb. Keçən ay sözügedən əməliyyat sisteminin bazardakı payı 1.49% aşağı düşüb. Məntiqlə gözləmək olardı ki, Windows 11-in bazardakı payı əksinə 1.49% yüksələcək. Lakin bu belə olmayıb. Windows 11-in noyabr ayı üzrə bazar payı həqiqətən də yüksəlib.
        Lakin bu yüksəliş cəmi 0.67% təşkil edib. Onun bazardakı ümumi pay göstəricisi isə 16.12% olub. Digər tərəfdən Microsoft tərəfindən dəstəyi artıq dayandırılmış Windows 7-nin bazardakı payı yüksəliş sərgiləməkdə davam edir. Onun noyabr ayı üzrə bazardakı pay yüksəlişi 0.62% təşkil edib. Beləliklə onun bazardakı payının ümumi göstəricisi 10.24% olub. Bu məsələdə Windows 8.1-in göstəricisi 2.54%, Windows 8-in göstəricisi 0.79%, 8 il bundan öncə dəstəyi dayandırılmış Windows XP-nin göstəricisi isə 0.4% təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər