Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

Əməliyyat sistemləri
07.10.2021 PAYLAŞIM

    AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat sistemi vasitəsilə çalışan kompüterlərdə aşağı düşüb. Microsoft-un yeni əməliyyat sistemi bütün uyğun AMD prosessorlarının performanslarını müxtəlif istifadə ssenarilərində aşağı salır. Beləliklə adi çalışma zamanı olan yüklənmələr çərçivəsində prosessorların performansları 3-5%, oyunların işə salınması zamanı isə 15% aşağı düşürlər. AMD öz növbəsində BIOS-un yeni versiyası üzərində işlərə start verildiyini elan edib və Windows 11 üçün nəzərdə tutulmuş yenilənmənin yaxın zamanda təqdim olunacağını bildirib.

    Prosessorların performanslarının aşağı düşmələri probleminin aradan qaldırılması üçün nəzərdə tutulmuş AMD yenilənməsi bu ayın sonuna kimi istifadəçilərə təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, prosessorların performanslarının aşağı düşmələri 3-cü səviyyəli keş yaddaşın işinin 3 qat ləngiməsi və Collaborative Processor Performance Control-un düzgün şəkildə çalışmaması ilə əlaqəlidir. Bu, ilk növbədə 8 nüvədən daha artığına sahib və 65 vatt-dan başlayaraq istilik ifrazı edən prosessorlara təsir göstərir. Performans düşüşü Windows 11 ilə uyöunlaşan bütün AMD prosessorlarında müşahidə edilib. Onların syahısına AMD Ryzen 3000, Ryzen 4000 Ryzen 5000 daxildirlər. Windows 11-i dəstəkləyən bütün AMD prosessorlarının siyahısına bu linkdən baxmaq olar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təq..

Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı ç..


Windows 11 rəsmi şəkildə istifadəyə verilib

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib.


Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil..

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyi..


İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçi..


MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Bu ilin sonunda Xiaomi-nin yeni MIUI 13 istifadəçi interfeysini təqdim edəcəyi gözlənilir.


Köhnə Android versiyaları daha təhlükəsiz olacaqlar

İstifadəçilərin konfidensial məlumatlarının qorunması üçün Android 11-də xüsusi funksiya istifadəyə ..

×