Logo
    main-post-cover

    Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılmasına start verilib

        Microsoft şirkəti Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılması prosesinə start verib. Belə ki, Windows 11-in yeni test versiyasında sözügedən səsli köməkçi artıq deaktiv edilib. Bununla yanaşı Windows 11-in stabil versiyasında Microsoft Store tətbiqinin yenilənməsini əldə etmiş bəzi istifadəçilər də qeyd ediblər ki, yenilənmədən sonra Cortana artıq çalışmır. Windows 11-in yeni test versiyasında Cortana-nı işə salmaq istəyən zaman istifadəçiyə belə bir bildiriş sərgilənir. “Cortana Windows-da avtonom tətbiq kimi artıq köhnəlib”.
        Qeyd etmək lazımdır ki, Microsoft hələ iyun ayında bildirmişdi ki, o bu il ərzində Cortana səsli köməkçisinin Windows 11-də ayrıca tətbiq kimi dəstəyini dayandıracaq. Səsli köməkçi Android üçün nəzərdə tutulmuş Microsoft Launcher-dən silinmiş olsa da, Outlook, Teams Teams Room tətbiqlərində hələ də aktivdir. Cortana əvəzinə şirkət Windows 11-ə inteqrasiya edilmiş Windows Copilot adlı süni zəka əsaslı assistenti və süni zəka əsaslı Bing Chat çat-botunu inkişaf etdirəcək. Qeyd etmək lazımdır ki, Cortana 2014-cü ildə Windows 10-un tərkibində süni zəka assistenti kimi təqdim edilmişdi və o, Apple şirkətinin Siri səsli köməkçisi ilə rəqabət aparmalı idi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılmasına start verilib | Technote