Logo
    main-post-cover

    Windows 11-də əksər sistem tətbiqlərini silmək mümkün olacaq

        Heç sirr deyil ki, Windows ilə birgə kompüterə həmçinin çoxlu sayda sistem tətbiqi quraşdırılır. Lakin həmin sistem tətbiqlərinin əksəriyyəti heç zaman istifadə edilmir. Yaxın zamanda bu mənfi cəhəti aradan qaldırmaq mümkün olacaq. Belə ki, Windows 11-in test versiyasına heç bir kənar tətbiqin istifadəsi olmadan 30-a yaxın sistem tətbiqinin silinməsi imkanı əlavə edilib. Silinməsi mümkün olan tətbiqlərin siyahısı aşağıdakı kimidir.
    - Photos, People, Remote Desktop
    - Paint, Microsoft 365, To Do, Clipchamp, Xbox, Cortana
    - Calendar, Mail, Calculator, Clock, Feedback Hub, Family
    - Movies & TV, Maps, Media Player, News, Notepad
    - Quick Assist, Snipping Tool, Sound Recorder, Terminal, Tips, Weather.
        Qeyd etmək lazımdır ki, bu siyahıdakı bəzi tətbiqləri Windows 11-in hal hazırki stabil versiyasında da silmək mümkündür. Əksər sistem tətbiqlərinin silinməsi funksiyasının isə stabil Windows 11- ə zaman inteqrasiya ediləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər