Logo
    main-post-cover

    Windows 11-i 176 MB RAM-a sahib kompüterdə işə salmaq mümkün olub (VİDEO)

    Əməliyyat sistemləri
    13.07.2023
    Emil
        NTDev ləqəbli tərtibatçı Windows 11 əməliyyat sisteminin maksimal dərəcədə sadələşdirilmiş versiyasını hazırlaya bilib. Tərtibatçı əməliyyat sisteminin standart versiyasında olan əlavə özəllikləri aradan qaldırıb. Nəticədə əməliyyat sistemini minimal RAM yaddaşı tələbindən 20 dəfə daha az RAM yaddaşına sahib kompüterdə işə salmaq mümkün olub. Windows 11-in rəsmi texniki tələblərində sözügedən əməliyyat sisteminin stabil şəkildə çalışması üçün 4 GB RAM-ın lazım olduğu qeyd edilib.
        Lakin NTDev ləqəbli tərtibatçı Windows 11-i 176 MB RAM-a sahib kompüterdə işə sala bilib. Onun sözlərinə əsasən bu, dünya rekordudur. Belə ki, daha öncə Windows 11-i minimum 200 MB RAM-a sahib kompüterdə işə salmaq mümkün olmuşdu. Qeyd etmək lazımdır ki, söhbət, əməliyyat sisteminin standart versiyasından deyil, onun Tiny11 adlı təkmilləşdirilmiş versiyasından gedir. Əməliyyat sisteminin bu təkmilləşdirilmiş versiyasında ənənəvi fayl menecerindən imtina onun RAM-a olan yüksək tələbatını aşağı salmaqla yanaşı çalışma sürətini də yüksəldib.
    Paylaş
    Bənzər xəbərlər