main-post-cover

    Windows 11-in iOS tətbiqlərini də dəstəkləmə ehtimalı var

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.06.2021
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Windows 11 əməliyyat sistemi təqdim olunan zaman Microsoft şirkəti bildirmişdi ki, yeni əməliyyat sistemi Android tətbiqlərin işə salınmasını mümkün edəcək. Lakin yeni əməliyyat sistemi Android ilə yanaşı həmçinin iOS üçün yaradılmış tətbiqləri də işə salmaq imkanına sahib ola bilər. Bu barədə məlumatı The Wall Street Journal-a müsahibə verən zaman Microsoft-un CEO-su Satya Nadella verib. Müsahibə zamanı Satya Nadella bildirib ki, Windows ən açıq əməliyyat sistemi kimi təqdim olunur və bir daha Windows 11-də Android tətbiqlərin işə salınacağını bildirib.
        Jurnalistlərin bu məsələdə Microsoft-un Apple ilə əməkdaşlıq edib-etməyəcəyi suallarına Nadella cavab olaraq bildirib ki, o, Windows platformasında iMessage tətbiqini xoş qarşılayır. Onun sözlərinə əsasən bu cür özəllik müxtəlif platformaların istifadəçiləri üçün geniş imkanlar verə bilər. Əsasən Windows və Mac istifadəçiləri bir-biriləri ilə krosplatform tətbiq vasitəsilə ünsiyyət qura bilərdilər. Apple şirkəti Satya Nadella-nın bu bəyanatına heç bir fikir bildirməyib. Hələ bir neçə il bundan öncə Apple özünün iMessage tətbiqini Android-ə inteqrasiya etməyi düşünürdü. Lakin nəticədə şirkət bu ideyadan imtina etmişdi.
    Linki kopyala