
Windows 11 iPhone-na daxil olan zənglər ilə mesajları qəbul etmək funksiyasını əldə edib
Əməliyyat sistemləri
27.04.2023
Emil
Windows 11 əməliyyat sistemi yeni vacib funksiyanı əldə edib. Söhbət, iPhone-na gələn zəngləri və mesajları kompüter üzərindən Phone Link tətbiqi vasitəsilə qəbul etmək funksiyasından gedir. Qeyd etmək lazımdır ki, bu funksiya daha öncə yalnız Android istifadəçiləri üçün aktiv idi. İndi isə o, iOS istifadəçiləri üçün istifadəyə verilib. Microsoft iPhone-nun kompüter ilə sinxronlaşdırılması üçün nəzərdə tutulmuş təlimatı təqdim edib. Təlimata əsasən yeni funiksiyadan istifadə etmək üçün istifadəçi həm kompüterə həm də iPhone-na Phone Link tətbiqini quraşdırmalı və Bluetooth vasitəsilə iki cihaz arasında sinxronlaşdırmanı reallaşdırmalıdır.
Sinxronlaşdırmanı reallaşdırandan sonra istifadəçi kompüter vasitəsilə iMessage-dən istifadə edə və daxil olan zənglərə cavab verə biləcək. Onu da qeyd etmək lazımdır ki, sözügedən funksiyadan istifadə etmək üçün iPhone mütləq şəkildə iOS 14 və ya ondan sonra istifadəyə verilmiş iOS versiyalarından biri vasitəsilə çalışmalıdır. Bununla yanaşı kompüterdə iMessage-dəki qrup çatlarından istifadə etmək və media fayllarını digərlərinə ötürmək mümkün olmayacaq. Phone Link həmçinin planşetlərdə və Apple kompüterlərindən çalışmır. Microsoft bildirib ki, yeni funksiya yaxın həftələr ərzində tədricən hamı istifadəyə veriləcək.
Paylaş
Bənzər xəbərlər