Logo
    main-post-cover

    Windows 11 M1 və M2 prosessorlu Mac kompüterlərinə gəlir

        Parallels Desktop adlı tətbiqin hazırlanması ilə məşğul olan Alludo şirkəti Microsoft tərəfindən Mac kompüterləri üçün Windows 11-in ARM versiyasının avtorizasiya olunduğunu elan edib. Söhbət, M1 M2 prosessorlarına sahib Mac kompüterlərindən gedir. Nəticədə Mac kompüterlərinin istifadəçiləri heç bir problem yaşamadan öz cihazlarında Windows 11-in Pro və ya Enterprise versiyalarını işə sala biləcəklər. Bunu mümkün edəcək müvafiq funksiya Parallels Desktop tətbiqinin 18-ci versiyasına əlavə edilib.
        Sözügedən tətbiq MacBook Air, MacBook Pro, iMac, Mac mini Mac Studio cihazlarında işə salınan Windows 11 versiyası üçün optimizasiya əldə edib. Nəzərə almaq lazımdır ki, Windows 11-in ARM versiyasında bəzi məhdudiyyətlər var və həmin məhdudiyyətlər əməliyyat sisteminin hətta Parallels Desktop üzərindən işə salınması zamanı da aktualdırlar. Belə ki, bu halda əməliyyat sistemi API OpenGL-in 3.3-dən sonrakı versiyalarından istifadə edən tətbiqləri işə sala bilmir, bulud yaddaş və bəzi antivirus tətbiqlərini dəstəkləmir. Həmçinin əməliyyat sisteminin ARM versiyasında x64 tətbiqlərinin işə salınması emulyatoru olsa da, o, hər zaman stabil şəkildə çalışmır.
    Paylaş
    Bənzər xəbərlər