main-post-cover

    Windows 11 üçün istifadəyə verilmiş yenilənmə SSD-lərin sürətlərini aşağı salır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    17.03.2023
    Farid Pardashunas
        Windows 11 üçün istifadəyə verilən demək olar hər bir yenilənmə sistemin çalışmasında müəyyən problemlər yaradır. Bir neçə müddət bundan öncə əməliyyat sistemi üçün təqdim edilmiş KB5023706 adlı yenilənmə də isitsna olmayıb. Belə ki, sözügedən əməliyyat sistemi yenilənməsi bəzi istifadəçilərin cihazlarındakı SSD-lərin performanslarını aşağı salıb. Reddit platformasındakı bəzi istifadəçilərin sözlərinə əsasən əməliyyat sistemi yenilənməsi onların cihazlarındakı SSD-lərin çalışma sürətlərini aşağı salıb.
        İstifadəçilərin bir yarısı məlumatların oxunması sürətinin aşağı düşməsindən, digər yarısı isə sistemin yüklənmə müddətinin yüksəlməsindən şikayətləniblər. Məlumata əsasən problem əsasən ADATA şirkətinin SSD-lərinə sahib cihazlarda yaşanıb. İstifadəçilərdən biri isə aşkar edib ki, əməliyyat sisteminin daha öncəki yenilənməyə geri qaytarılması bu probemləri aradan qaldırır. Microsoft isə öz növbəsində bildirib ki, artıq bu problemdən xəbərdardır və onun aradan qaldırılması üzərində çalışır. Sözügedən problemlərin rəsmi şəkildə aradan qaldırlmasına imkan verəcək həl yolu təqdim olunana kimi şirkət faylların kopyalanması məsələsində cache manager-dən istifadə etməyən üsullardan faydalanmağı məsləhət görüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər