Logo
    main-post-cover

    Windows-un düzgün şəkildə yenilənməsi üçün kompüter minimum 8 saat ərzində internetə qoşulu olmalıdır

    Əməliyyat sistemləri
    01.02.2022
    Emil
        Windows əməliyyat sisteminin yenilənmə prosesi heç də həmişə uğurla nəticələnmir və bu halda yüklənmiş yenilənmə paketləri kompüterin yenidən işə salınmasından sonra sistemə quraşdırılırlar. Məlum olub ki, Windows yenilənmələrinin düzgün şəkildə yüklənməsi və quraşdırılması üçün Windows 8 saatdan az olmamaq şərtilə internetə qoşulu şəkildə olmalıdır. Bu barədə məlumatı Windows-un yenilənmələr üzrə meneceri David Guyer bildirib. Menecerin sözlərinə əsasən kompüterlərin tam şəkildə yenilənmələri prosesinin yerinə yetirilməməsinin səbəbi ondadır ki, kompüterlər yetəri müddət ərzində internetə qoşulu olmurlar.
        Məlum olub ki, Windows Update üzərindən aktual yenilənmələrin əldə olunmaları və onların düzgün şəkildə quraşdırılmaları üçün cihaz minimum 8 saat ərzində online rejimdə olmalıdır. “Bizim tədqiq etdiyimiz əsas faktorlardan biri o idi ki, cihaz funksional yenilənmələri uğurla quraşdırmaq üçün hansı müddət ərzində aktiv şəkildə və Windows Update-ə qoşulu olmalıdır. Nəticədə biz aşkar etdik ki, müəyyən müddətdən aşağı göstəricidə internetə qoşulu olan cihazlar çətin ki, yenilənməni uğurla yerinə yetirə bilsinlər” - deyə Microsoft təmsilçisi bildirib.
    Paylaş
    Bənzər xəbərlər