Logo
    main-post-cover

    Xiaomi 10 cihazı üçün MIUI istifadəçi interfeysinin hazırlanmasının dayandırılacağını elan edib

        Xiaomi şirkəti 10 cihazı üçün MIUI istifadəçi interfeysinin hazırlanmasının yaxın zamanda dayandırılacağını elan edib. Siyahıya Xiaomi Mix Fold, Xiaomi Mix 4, 3 ədəd Xiaomi Pad 5 planşeti, Xiaomi Civi, Xiaomi Civi 1S, Xiaomi 12X, Redmi Note 11 ProRedmi Note 11 daxil olublar. Adları sadalanmış bu cihazlar üçün MIUI-nin beta versiyaları üzərində işlər avqustun əvvəlində yekunlaşacaq. MIUI-nin beta versiyalarının hazırlanmasının bu cihazlar üçün dayandırılacağı o demək deyil ki, cihazların ümumilikdə dəstəklənmələri də dayandırılacaq. Şirkət bu cihazlar üçün daha öncə təqdim edilmiş beta versiyaları təkmilləşdirərək onları stabil versiya səviyyəsinə çatdıracaq.
    Paylaş
    Bənzər xəbərlər