Xiaomi: 'Android 11 son illərin ən problemli əməliyyat sistemidir'

Xiaomi: 'Android 11 son illərin ən problemli əməliyyat sistemidir'

Əməliyyat sistemləri
05.05.2021 PAYLAŞIM

    Xiaomi bildirib ki, son il ərzində MIUI istifadəçi interfeysi əvvəlki illərlə müqayisədə daha çox dəyişikliklər əldə edib. Bununla yanaşı şirkət öz smartfonlarının Android 11 əməliyyat sistemini çox ləng şəkildə əldə etmələri barəsində olan tənqidə də cavab verib. Xiaomi təmsilçisinin sözlərinə əsasən son 1 il MIUI istifadəçi interfeysi üçün çox vacib il olub. Belə ki, şirkət bir çox tədqiqat və tərtibatçılıq prosesləri çərçivəsində MIUI-nin animasiyasını, konfidensiallığını və digər özəlliklərini təkmilləşdirib.

    Bundan əlavə olaraq şirkət təmsilçisi Xiaomi smartfonlarının hansı səbəbə görə Android 11-i gec əldə etdiklərinə də aydınlıq gətirib. Qeyd etmək lazımdır ki. bu hal həmçinin Xiaomi-nin flaqman smartfonlarında da müşahidə olunur. Beləliklə verilmiş məlumata əsasən Android 11-ə keçid çox qəlizdir. Belə ki, əməliyyat sisteminin bu versiyası son illərdə adaptasiya ilə bağlı ən böyük problemlərə sahibdir. Xiaomi əməkdaşları əsasən performans göstəricisinin aşağı düşməsi, əməliyyat sisteminin aşağı səviyyəyə sahib stabilliyi və kənar tətbiqlərin dəstəklənməsi kimi problemlər ilə qarşılaşıblar.


    “Müəyyən müddət ərzində komanda optimizasiya və problemlərin aradan qaldırılması üzərində səylə çalışır. Bizim hər həftə yeni MIUI versiyalarının keyfiyyətlərinin yüksəldiyini müşahidə etməyimizə bamayaraq nəzərə almaq lazımdır ki, bu proses hələ də bir sıra problemlər yaradır. Biz onu da qeyd etmək istəyirik ki, istifadəçi interfeysinin müəyyən versiyasının stabilliyi bizim hal hazırda investisiya yatırdığımız ən vacib özəlliklərdən biridir. Siz nəzərə çarpan dəyişiklikləri gələcəkdə görəcəksiniz” - deyə Xiaomi təmsilçisi bildirib.

    Xiaomi qeyd edib ki, adaptasiya prosesi çox qəlizdir. Məsələn cihazın enerji sərfiyyatına təkcə prosessor və digər komponentlər təsir etmirlər. Enerji sərfiyyatına həmçinin drayverlər də təsir göstərirlər. Enerji sərfiyyatı məsələsini misal gətirməklə Xiaomi başa salıb ki, bu, təkcə cihazın enerji sərfiyyatı deyil. O həmçinin özündə drayverləri, Android 11-in aşağı səviyyəli proqram təminatlarını və MIUI-ni birləşdirir. Nəticədə optimizasiya prosesində bir neçə şöbə və hətta şirkət iştirak edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android tərtibatçıları istifadəçilərə tətbiqlərin hansı məlumatları yığdıqlarını..

Google elan edib ki, Google Play-də xüsusi təhlükəsizlik bölməsi istifadəyə veriləcək və Android üçü..


HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən Ha..


Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi bar..


Xiaomi yeni MIUI funksiyası sayəsində köhnə smartfonlarını sürətləndirə biləcək..

Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti MIUI ist..


Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub (VİDEO)..

Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiya..


Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti ve..

×