Logo
    main-post-cover

    Xiaomi artıq MIUI 15-in testinə start verib

        Xiaomi şirkəti hal hazırda aktiv şəkildə MIUI 15 istifadəçi interfeysi üzərində çalışır. Verilmiş yeni məlumata əsasən şirkət MIUI 15-in testinə artıq start verib və testlərdə Redmi Note 13-dən istifadə edir. Bəli, şirkət MIUI 15-i hələ təqdim edilməmiş smartfonda test edir. Lakin bu, şirkətlər arasında yayılmış adi praktikadır. Bununla belə, MIUI 15 bu ilin sonunda Xiaomi 14 smartfon seriyasının tərkibində istifadəyə verilməlidir.
        İnsayderlər aşkar ediblər ki, garnet_pre kod adına sahib smartfon MIUI 15-in Android 13 əsaslı alfa versiyasını əldə edib. Qeyd etmək lazımdır ki, garnet kod adı altında məhz Redmi Note 13 smartfon seriyası dayanır. Çox güman ki, Redmi Note 13 smartfon seriyası artıq bu ilin payız fəslində təqdim olunacaq. MIUI 15-ə gəldikdə isə o, istifadəyə veriləcəyi smartfon modelindən asılı olaraq Android 13 və ya Android 14 əsasında çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər