Logo
    main-post-cover

    Xiaomi bəzi smartfonları üçün MIUI 14 əsaslı Android 14-ün beta versiyasını istifadəyə verib

        Xiaomi şirkəti bəzi smartfonları üçün MIUI 14 əsaslı Android 14-ün beta versiyasını qlobal bazarda istifadəyə verib. Beləliklə bəzi Xiaomi smartfonlarının istifadəçiləri Android 14-ün beta versiyasını test etmək imkanına sahib olublar. MIUI 14 əsaslı Android 14-ün beta versiyası Xiaomi 13, Xiaomi 13 Pro Xiaomi 12T smartfonları üçün istifadəyə verilib. Android 14-ün qlobal beta versiyasını bu smartfonlar üçün OTA yenilənmə vasitəsilə quraşdırmaq olar. Qeyd etmək lazımdır ki, digər bütün beta versiyalar kimi Android 14-ün də test versiyası özündə bəzi sistem səhvlərini birləşdirə bilər. Həmin sistem səhvləri isə smartfonların funksionallıqlarına təsir göstərə bilərlər. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi bəzi smartfonları üçün MIUI 14 əsaslı Android 14-ün beta versiyasını istifadəyə verib | Technote